Kosmosa açılan qapımız: `Azərkosmos`dan REPORTAJ (VİDEO+FOTOLAR)

Kosmosa açılan qapımız: `Azərkosmos`dan REPORTAJ (VİDEO+FOTOLAR)
  15 Fevral 2016    Oxunub:22296
Azərbaycanın öz süni peykinin olması ölkəmizin informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından çox əhəmiyyətlidir. Kosmik sənaye qeyri-neft sektoru olaraq ölkə iqtisadiyyatının yeni və ən perspektivli sahələrindən biridir. Süni peykə sahib olmağın daha bir əhəmiyyəti isə odur ki, ölkəmiz telekommunikasiya sahəsində müstəqil resursa malikdir və bu xidmət kefiyyətinin artırılmasına yönəlib.

“Azerspace-1” peykinin göstərdiyi teleradio, data və telekommunikasiya xidmətləri vasitəsilə 16 ölkədən olan müştəri bazasının yaradılması 2014-cü ildən etibarən uğurlu addımlardan hesab olunur.



Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, hazırda “Azərspace-1” peyki vasitəsi ilə Azərbaycanın bütün televiziya və radio kanalları yayımlanır, Malayziya, Rusiya, Almaniya, Ukrayna, Misir, Gürcüstan, Birləşmiş Ərəb Əmirliyi, Türkiyə, Livan, Kamerun Birləşmiş Krallıq, Qırğısıztan, Tacikistan, Estoniya, Belarus kimi ölkələrdən müxtəlif sektorlar üzrə –TV və radio kanallar, data provayderləri və digər telekommunikasiya şirkətlərindən olan müştərilərə yüksək keyfiyyətli peyk xidmətləri göstərir.

2016-cı ildən etibarən Gürcüstanın The Georgian Public Broadcasting (GPB) şirkəti arasında Gürcüstan kanallarının kommersiya yayımına dair müqavilə imzalanıb. Qeyd edək ki, 2005-ci ildən etibarən rəsmi olaraq Gürcüstanın İctimai Televiziya və Radio yayımlarını həyata keçirən GPB şirkətinə 17 televiziya və 15 radio kanalı daxildir və hazırda digər Gürcüstan kanallarının yayımlanmasına dair işlər aparılır. Türkiyə kanalları Azərkosmosun təklif etdiyi periodik tutum icarəsi xidmətindən mütəmadi olaraq istifadə edirlər.



“Azərkosmos” ASC-nin xidmətlərinin alıcıları xarici ölkələrdəki müəssisə və qurumlar olduğundan onun fəaliyyəti əsasən ixraca istiqamətlənib. Hazırda, peykin tutumlarının 60%-dən çoxu kommersiya yönümlü istifadədədir”-deyə “Azərkosmos” ASC-nin Peyk əməliyyatları qrupunun rəhbəri Dunay Bədirxanov bildirib.

“Azərkosmos” ASC operatoru olduğu “Azerspace-1” peykinin buraxılışı və orbitdə olduğu ötən dövr ərzində aparılan effektiv idarəetmə nəticəsində peykin istismar müddəti 15 ildən 16,7 ilədək artırılıb. Peyk Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir.



D.Bədirxanov stansiyanın departamentləri ilə tanışlıq əsasında yerli kadrların ABŞ-ın “Orbital Sciencies” və Malayziyanın “Measat Satellite Sistems” şirkətlərində qısa və uzun müddətli nəzəri və təcrübi stajkeçmə təlimləri ilə yanaşı, Böyük Britaniyanın, Çinin, Almaniyanın tanınmış təlim şirkətlərində ixtisasartırma kurslarında iştirak etdiklərini də vurğulayıb.

Qeyd edək ki, “Azərkosmos” ASC 2 dekabr 2015-ci ildə Fransanın Arianespace şirkəti ilə ikinci telekommunikasiya peyki olan Azerspace-2 peykinin orbitə çıxarılmasına dair müqavilə imzalayıb. 2017-ci ildə kosmosa çıxarılması planlaşdırılan Azerspace-2 peykinin Fransanın Ariane-5 raketi ilə Fransız Qvianasının Kuru kosnodromundan orbitə buraxılması nəzərdə tutulub.

`Azersky` müşahidə peyki

“2014-cü ildə sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidə peyki olan Azersky “Azərkosmos” tərəfindən təhvil alınıb. Hindistanın Azersky PSLV raketi ilə 30 iyun 2014-cü ildə uğurla orbitə çıxarılıb. Peyk bir gün ərzində 6 milyon kv.km ərazinin şəklini çəkə bilir. Bu, o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün Azersky peyki tərəfindən yüksək 1.5 m ayırdetmədə müşahidə oluna bilər.



2015-ci ilin sentyabr-oktyabr ayları ərzində Azersky peyk təsvirlərinin emalı məqsədi ilə Fransanın Airbus Defence and Space şirkəti ilə strateji əməkdaşlıq sazişi əsasında “PixelFactory” proqram təminatının təchizatı yerinə yetirilib.

Eyni ildə Azersky peykindən əldə olunan təsvirlərin kənd təsərrüfatı, kadastr, müdafiə və təhlükəsizlik, təbii sərvətlərin idarə edilməsi məqsədləri üçün istifadəsinə həsr olunan seminarlar keçirilib.

“Azərkosmos” elektron kənd təsərrüfatı sisteminin qurulması üçün Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əməkdaşlıq edir və layihə çərçivəsində Azersky peykinin imkanlarından geniş istifadə olunur.

Şahanə Rəhimli
Elvin Abdullayev





Teqlər:  





Xəbər lenti