Həkim yaşadığı evdə boğularaq öldü

Həkim yaşadığı evdə boğularaq öldü
  07 Fevral 2016    Oxunub:2804
Gəncədə bədbəxt hadisə baş verib.
Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Ələsgər Abdullayev Yeni Gəncə qəsəbəsində yaşadığı bina 22, mənzil 23-də boğularaq ölüb. Qonşular evdən qoxu gəldiyini və onun qapını açmadığını görüb FHN-nin xilasetmə xidmətinə zəng vurublar. Əraziyə gələn xilasedicilər qapını açaraq mənzilə daxil olublar və Ə. Abdullayevin qaz sobasının üstündə yanan qazandan əmələ gələn tüstüdən boğulduğunu görüblər. O evdə tək yaşayırmış.

Qeyd edək ki, Ə. Abdullayev Gəncə şəhər Təcilim Tibbi Yardım xəstəxanasında uroloq həkim işləyirdi. (Apa)


Teqlər:





Xəbər lenti