İranın təhlükəli strategiyası – TƏHLİL

İranın təhlükəli strategiyası – TƏHLİL
  21 Fevral 2013    Oxunub:3762
Əvvəli burada

3.Birləşmiş Ştatlar göz yumur?

Ötən avqustda İrana qarşı yeni sanksiyalar barədə məlumat verərək ABŞ əvvəlki beynəlxalq tədbirlərdən yayınmaq üçün Tehrana köməklik göstərməkdə şübhə olunan maliyyə institutların siyahısını təqdim etdi. ABŞ-ın Terrorçuluq və Maliyyə Məlumatı üzrə Katibinin müavini David Kohen iki xüsusi şirkətləri qeyd etdi: Çin Kunlun bankı və İraqın Elaf bankı. O, həmçinin bildirdi ki, bu şirkətlərə qarşı sanksiyaların tətbiq edilməsi “İran rejimi ilə iş qurmaqdan çəkinmək məqsədilə bütün digər dünya bankları üçün xəbərdarlıq” vasitəsi olacaq . “O bildirdi ki: “Bütün dünya üzrə banklara göndərilən ismarıc aydın olmalıdır. Səlahiyyətli İran banklarına maliyyə xidmətəri göstərdiyiniz halda – bu banklar üçün mühüm maliyyə əməliyyatları apardığınız halda- yerləşdiyiniz yerdən asılı olmayaraq ABŞ-ın sanksiyaları ilə üzləşməyə məruz qalacaqsınız . Cavab olaraq ABŞ sanksiyaları İran İslam Respublikasının Mərkəzi Bankı kimi İran maliyyə institutları ilə sərmayə qoyuluşları və aidiyyəti qarşılıqlı əlaqələrə təsir göstərə bilər .
Eyni zamanda Vaşinqton İranın neft məhsullarının alınması ilə bağlı sanksiyaların genişləndirilməsində təkid edir. ABŞ Prezidenti Barak Obama Türkiyənin Baş naziri Recep Tayyıp Erdoğana İslam Respublikasından neft idxalını 20 faizədək azaldılmasına təsir göstərib . Bundan başqa, Türkiyənin Xarici Əlaqələr Naziri Ahmet Davutoglu Yaxın Şərq ölkələrində Kütləvi Qırğın Silahlarının məhv ediməsinin vacibliyni vurğuladı və BMT-nin Təhlükəsizlik Şurasını məsələyə qarışmağa, məsələni öz üzərinə götürməyə çağırdı . Eyni zamanda Ankara İrandan asılılığı aradan qaldırılması, Liviya, Səudiyyə Ərəbistanı və İraqla danişıqların başlanması ilə bağlı fəaliyyət planını təqdim etdi və Trans Anadolu Qaz Kəməri layihəsi (TAQK) ilə bağlı Azərbaycanla əməkdaşlıq quracağını təsdiqlədi.
Gördüyünüz kimi Birləşmiş Ştatlar və Avropa Birliyi İrana qarşı sanksiyaların tətbiq edilməsi üçün müttəfiqlərinə təsir göstərmək zəruriyyətinə böyük maraq göstərirlər. Hər halda Qərb hakimiyyətlərinin bu mövzu ilə bağlı ölkəyə qarşı mötədil mövqe tutduqları görünür. Wikileaks –ın dərc etdiyi məlumata əsasən ABŞ-nın Yerevandakı səfirliyi 2006-ci ildə qeyd etdi ki, “iki ölkə arasında (İran və Ermənistan) enerji əlaqələri və Ermənistanın geo-siyası vəziyyəti” BMT-nin Təhlükəsizlik Şurasının sanksiyalarını tətbiq etməyi Ermənistan üçün çətinlik törədir . Məxfi şəkildə olsa belə Ermənistanın İran enerjisninə tələbatı olduğunu bildirməkdən əlavə bəzi yerli təhlil edənlər göstərir ki, ABŞ və bundan başqa da Avropa Birliyi Russiyanın Ermənistana enerği çatdırılmasının artırılmasında maraqlı deyil.
Reuters News agency-yə təqdim olunan 2012-ci ilin may ayının hesabatına əsasən alternativ bankçılıq münasibətlərinin inkişafı üçün rahat yerdə yerləşən erməni bankları İran bankları üçün əsas hədəflər arasında olduğunu nəzərə alaraq bu vəziyyət yaxın gələcəkdə dəyişə bilər. . Rəsmi mənbələrdən bu məlumatın təsdiq edildiyi halda Vaşinqton və Brussel yeni sanksiyaların qəbul edilməsi üçün Ermənistanın bir neçə maliyyə institutlarına qarşı müvafiq tədbirər görə bilər.


B. Qərbyönlü Qafqazla mübarizə

1. Qafqaz səhnəsinə qərb güvvələrinin girməsi

Sovet dövrü ərzində Qafqaz ümumdünya geosiyasətinin xırda problemi olub. Moskva bürokratik aparat Xəzər dənizinin karbonhidrogen ehtiyatlarını, əsrin və Stalininqrad döyüşünün əsas məqamlarını nəzərə almırdı. Bundan əlavə İranla döstluq müqavilələrinin bağlanması su bölğüsü, məsələlərini həll edərək region öz geosiyasi maraqlarından məhrum etdi. Qafqaz ölkələrinin müstəqillik eldə edilməsi ilə regional səhnəyə öz geosiyasi prioritet və strategiyalara malik yeni səhnə iştirakçıları üzə çıxardı . Beləliklə regionda yerli münaqişələrlə bağlı əsas səhnə iştirakçılarının tutduğu yerə təsir göstərən yeni güvvələrin mübarizəsi başladı.
1991-ci ildən başlayaraq ABŞ və Avropa regional siyasətlərinin əsas məqsədləri Avropanın qaz təchizatını müxtəlifləşdirmək və Xəzər Dənizi ilə Mərkəzi Asiyadan karbonhidrogen daşınması üzrə Russiyanın inhisarına son qoymaq üçün yeni enerji yollarının açılmasıdır. Bu strategiya Gürcüstan və Qazaxstanda da “rəngli inqlab”ın təsdiqlənməsi ilə tam əks olundu. Azərbaycanda bu siyasətin əsas nişanı kimi ARDNŞ ilə British Petroleum başlıqda olmaqla 10 beynəlxalq şirkətlər konsorsiumu arası “əsrin müqaviləsi”nin bağlanması olub. Qərb strategiyasının regionda digər istiqaməti Russiya və İranı keçərək qərb bazarlarına neftin çatdırılmasını təmin edən 1768 km uzunluğunda Bakı-Tiflis-Ceyhan (BTC) kəməri olmuşdur.
Neft məsələsindən başqa BTC-in qüvvəyə minməsi Azərbaycanın Avropa ilə əlaqələrini təsdiqlədi. 1991-ci ildə müstəqilliyi əldə etdikdən sonra Azərbaycan həqiqətən də İranla islam qardaşlığından Avropa dəyərlərinə diqqət yetirməyi daha üstün tuturdu. Sırf maliyyə perspektivindən, İran Şimalda olan enerji ehtiyacları və cənubda yaxşı inkişaf etmiş saflaşdırma və ixrac infrastrukturuna görə Azərbaycan nefti üçün məntiqi çıxış ola bilərdi.
Sərt siyasi, dini və strateji ayrılmalar İran və Azərbaycanı tədricən bir-birindən uzaqlaşdırmışdır. İndi Bakı Birləşmiş Ştatlar və Avropa İttifaqı üçün imtiyazlı beynəlxalq partnyor kimi tanınır. O həmçinin İranın böyük narazılığına rəğmən, 1992-ci ildə ATƏT və 2001-ci ildə Avropa Şurası kimi beynəlxalq təşkilatlara qoşulmuşdur. Bu kontekstdə, Dağlıq Qarabağ münaqişəsində Tehranın təklif etdiyi vasitəçilik səylərinin, xüsusilə, Ermənistan qüvvələrinin hərbi əməliyyatların dayandırmasına dair öhdəliklərəinə baxmayaraq Şuşanı və Laçını işğal etməsindən sonra Bakıda Ermənistanın xeyrinə manevr kimi qəbul edilməsi təəccüb doğurmur.

2. İranın çəkindirilməsi

İranın Rusiya və Ermənistanla ittifaqının əsas səbəblərindən biri Qafqaz səhnəsində Vaşinqtonun məqsədinin düşmən siyasət həyata keçirmək olduğuna əminlikdir. 2011-ci ilə kimi İran ABŞ və ya müttəfiq qoşunlarının Yaxın Şərqdə və Mərkəzi və Cənubi Asiyada yerləşən hərbi qüvvələri -"mirvari boyunbağısı" ilə əhatə olunmuşdu. 2011-ci ilin dekabrında Amerikan qoşunlarının İraqdan çıxarılmasının sonu və Əfqanıstandan planlaşdırılan geri çəkilmə vəziyyəti geri-balansa qaytardı, lakin terrorla qlobal müharibənin ilk 10 ili İranlıların düşüncə və hərəkət tərzində dərin təsirə malik oldu. Artıq qeyd etdiyimiz kimi, 1991-ci ildə Sovet İttifaqının dağılmasından bəri İran şimal sərhədini öz təhlükəsizliyi üçün təhdid hesab edir. Dağlıq Qarabağ münaqişəsinin nəticəsi olan qeyri-stabillik faktorları ilə regionda ABŞ-ın hərbi iştirakının çuğlaşması Tehran üçün yolverilməzdir.
İranın nəzərində Şiə təriqətli ancaq Qərb yönümlü Azərbaycan yerinə Xristian Ermənistanını dəstəkləmək buna görə daha məntiqi seçimdir, baxmayaraq ki bu onun öz paranoyyası ilə əsaslandırıla bilər. Bu əhvali-ruhiyyənin əla illüstrasiyası 2006-cı ildə Təbriz və Urmiyada Azəri etnik iğtişaşların qızışdırmaqda ittiham etmiş İranın ali lideri Ayətolla Əli Xamneyi tərəfindən nümayiş etdirilib . Həmçinin xatırlatmağa dəyər ki, İran müntəzəm olaraq Birləşmiş Ştatları İraq sərhədi boyu kürdlər, cənub-qərbi Xuzistan əyalətində ərəblər və Pakistan sərhədində bəlxlər daxil olmaqla etnik azlıqların cəlb edildiyi narahatlıqlarda ittiham edir.
Azərbaycan da həmçinin İran paranoyasının hədəfi idi, baxmayaraq ki o ərazisində xarici qoşunların iştirakını qadağan edən qanun qəbul etmiş və davamlı olaraq Cənubi Qafqazdan bütün xarici qoşunların çıxarılmasını tələb etmişdi . Bununla belə, o sülh naminə tərəfdaşlıq çərçivəsində NATO ilə yaxşı münasibətləri inkişaf etdirmiş və ABŞ-ın regionda antiterror təşəbbüslərində fəal əməkdaşlıq edir. Bu, 2012-ci ilin birinci dövründə iki ölkə arasında münasibətlərdə yeni pisləşməyə səbəb olan İran narahatlığını oyatmaq üçün kifayətdir.
Əvvəlki illərdə İran prezidenti Məhəmməd Hatəminin 2004-cü ilin avqustunda Azərbaycana səfərindən sonra 2005-ci ildə Təbrizdə Azərbaycan konsulluğunun açılışı daxil olmaqla bəzi müsbət meyllər də olmuşdur . Tehran vaxtaşırı qonşusu ilə daha praqmatik yanaşmanı saxlamaq üçün ehtiyatlı davranmışdır ki, bu da Naxçıvana qaz çatdırmalarına imkan verən mübadilə razılaşması ilə nümayiş etdirilirdi . Buna baxmayaraq, aşağıda izah ediləcək ki, bəzi hadisə və zidiyyətlər İranı Azərbaycana qarşı, Naxçıvana İran ərazisindən keçməklə səfər edənlər daxil olmaqla Azərbaycanlı vətəndaşlar üçün viza rejiminin qüvvəyə minməsi kimi cavab tədbirləri görməyə təhrik etdi . Bu, etibarsız regional təhlükəsizlik vəziyyətini bir daha hədələyəcək və Dağlıq Qarabağda, xüsusilə Ermənistanla artan gərginliklər dönəmində sülhün perspektivini dağıdacaq.

3. Terrorçuluq və İslamçılıq hədəsi

İranla Azərbaycan arasında mübahisənin digər predmeti Bakının ABŞ.-ın rəhbərlik etdiyi terrora qarşı müharibədə iştirak etməsidir. Birləşmiş Ştatlar Dövlət Departamentinin buraxdığı terrorizmə dair ölkə məruzələrinə əsasən, Azərbaycan "terror təşkilatlarına qarşı fəal çıxış edir" və ölkədə "terrorçu vasitəçilərinin azaldılmasında bir sıra uğurlara nail olmuşdur" . 2012-ci ilin Mart ayında, “Eurovision” mahnı yarışından bir neçə həftə əvvəl, Azərbaycan hakimiyyət orqanları Bakıda hücum həyata keçirmək üçün ehtimala görə İranda təlim keçmiş 22 şübhəli terrorçunu həqiqətən həbs etdilər . Oxşar hadisə 2007-ci ildə də baş vermiş, ehtimala görə İran şəbəkəsinin 15 üzvü Azərbaycanlı vətəndaşları izləməkdə və cəlb etməkdə ittiham edilmişdi . Öz növbəsində, Tehran mayda iki Azəri vətəndaşını casusluq ittihamıyla həbs etdi. Onlar 3 ay sonra "yüksək vəzifəli Azəri məmurların tələbiylə"azad edildilər.
İran artıq Sovet İttifaqının son illərində Azərbaycan üçün, respublikada İslamçı siyasi qabarmanın ilkin xəbərdaredici işarələri ilə təhdid və stabilliyi pozan faktor kimi qiymətləndirildi. Müstəqillikdən sonra İran Azərbaycanda radikal Şiə qruplarının peyda olmasının əsas dəstəyi olmuşdur. İran mollaları sərhəd yaxınlığında və Abşeron yarımadasında Nardaran ərazisində İran tərəfindən maliyyələşdirilən məscidlərdə prezident Elcibeyə qarşı həqiqətən moizələr oxuyurdular. İranın məqsədi Bakıda təbliğ edilən dünyəvi və qərbyönümlü siyasətə qarşı rıçaqlar əldə etmək idi.
Bu siyasət Azərbaycan İslam Partiyası kimi partiyalar və İslamçı qruplara və Jeyshullah və Hizbullah radikal hərəkatlara maliyyə yardımı ilə həyata keçirilir. 1999-cu ildə Ceyşullah-ın 14 üzvü Azərbaycan Ekstrasenslər Assosiasiyasının üzvü Etibar Erkinin və onun iki oğlunun qətlində iştiraka görə həbs edildi. 2000-ci ildə hakimiyyət orqanları 1997-ci ildə Milli Elmlər Akademiyasının vitse prezidenti və tarixçi Ziya Bünyadovun qətlinə görə Hizbullah-ı ittiham etdi və 7 şübhəlini həbs etdi .
Hələ bu gün də, İslamlaşdırma prosesinə qarşı mübarizə tədbirlərinə baxmayaraq, cənub regionlarında (Masallı, Lənkəran və Cəlilabadda); Abşeron yarımadasında (Nardaran-ın ərazisində) və bir çox məcburi köçkün düşərgələrində mədəni və sosial təşkilatlar səbəbində İran təsiri güclü olaraq qalır, bu da onu göstərir ki, İran şimal qonşusuna təsir göstərmək və ölkənin qərbləşməsinə mane olmaq üçün siyasi İslamdan istifadə etmək fikrindən geri çəkilməmişdir.

C. İsrail-Azərbaycan ittifaqına qarşı müdafiə

1. "Səthin altında" strateji əməkdaşlıq

Son illər Azərbaycanla İsrail arasında Əlaqələr davamlı inkişaf edərək ticarət mübadiləsinin həcminin artmasına və təhlükəsizlik razılaşmalarının ehtimal imzalanmasına gətirmişdir. Azərbaycan həqiqətən Müsəlman dünyasında İsrailin əsas ticarət partnyoru və Rusiyadan sonra ikinci ən böyük neft ixracatçısı olmuşdur . Erkən 1990-cı illərdən başlayaraq düşmənlər tərəfindən əhatə olunmaq qorxusu ilə birləşmiş iki ölkə arasında möhkəm ticarət əlaqələri inkişaf etdirildi. Tezliklə 1994-cü ildə İsrail telekommunikasiya operatoru Bezeq Azərbaycana geniş miqyasda sərmayə qoydu . O vaxtdan iqtisadi əlaqələr tezliklə daha da möhkəmləndi. İsrail BTC boru kəməri ilə nəql edilən Azəri neftinin ikinci ən böyük müştərisidir. BMT rəqəmlərinə görə, 1997 və 2004-cü illər arasında Azərbaycan və İsraildən ixracatlar 2 milyondan 323 milyon dollara qədər artdı.
2011-ci ildə Azərbaycan İsrailə təxminən 2.5 milyon ton neft ixrac etdi. Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) keçən payız İsrailin ofşor neft yatağı Med Ashdod-da 5% pay əldə etmək barədə saziş imzaladı . Ticarət əlaqələri həmçinin kənd təsərrüfatında, texnologiyada, səhiyyə və su saxlanmasında cəmləşir. Bu ilin fevralında iki ölkə İsrail dövlət Kosmik Sənayeləri tərəfindən Azərbaycana pilotsuz təyyarələrin, zenit və raket əleyhinə müdafiə sistemlərinin satışını nəzərdə tutan 1.6 milyard dolarlıq silah razılaşmasını imzaladı.
Xüsusilə 2010-cu ilin mayında Mavi Mərmərə hadisəsi zamanı doqquz Türk vətəndaşının İsrail desantı tərəfindən öldürülməsinə görə Türkiyə-İsrail münasibətlərinin pisləşməsindən sonra Azərbaycanın İsrail üçün əhəmiyyəti artıb . 2009-cu ildə ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən Dövlət Departamentinin baş qərargahına göndərilən, sonradan WikiLeaks tərəfindən buraxılan teleqramda Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirilərək, İsraillə onun ölkəsinin əlaqələrinin aysberq kimi olduğu bildirilirdi: "onun onda doqquzu səthdən aşağıdadır”.

2. Hava limanı problemi

İran Azərbaycan-İsrail ittifaqına təhlükə kimi baxır, ona görə ki, bu onun şimal hissəsini zəif yerə çevirib, hara ki, İsrail casuslarına onun ərazisinə keçməyə imkan verir. Fevralda İran xarici işlər nazirliyi Bakını Mossada İran nüvə – alimlərini öldürmək üçün koridorla təmin etməkdə günahlandırdı . Bundan başqa, Beynəlxalq media yaxın vaxtlarda belə ehtimal irəli sürmüşdü ki, İsrail hərbi təyyarələri Azərbaycandan İran nüvə qurğularına qarşı mümkün zərbələr üçün platforma kimi istifadə edə bilər.
Fikir ilk dəfə Foreign Policy (Xarici Siyasət) jurnalında martda nəşr edilmiş məqalədə bildirilmişdir, hansı ki, regionda səs-küyə səbəb oldu. Amerika diplomatları və kəşfiyyat zabitlərindən anonimliyi qorumaq şəri ilə sitat gətirərək məqalə deyirdi ki, Azərbaycan İsrailə öz İranın şimal sərhəddindəki aviabazasına girişi təmin etmişdir, bununla da İran nüvə qurğularına İsrail hücumunu asanlaşdırmışdır.
Belə hava limanına girişin olması İsrail üçün o deməkdir ki, onun F-15 və qırıcı-bombardmançı təyyarələri F-16 İranın nüvə qurğularını sadəcə Azərbaycanda yerə enməklə bombalaya bilərlər. Bu İsrail hücumlarını daha çox mümkün edir, ona görə ki, əsas məntiqi problem, yəni təyyarələrin İsraildən İrana və əksinə 2,200 mil uçuşu zamanı yanacaqla doldurulması həll olunur. Məqalədən sonra Azərbaycan Müdafiə Nazirliyi bunun mümkünlüyünü güclü təkzib etdi. Amerika respublikaçılar yəhudi koalisiyası Obama administrasiyasını İrana qarşı mümkün İsrail zərbəsinin qarşısını almaq üçün bu məlumatı mətbuata buraxmaqda günahlandırdı...

3. Gizli müharibələrinin döyüş meydanı

İranın bu cür gizli konfliktlə mübarizə aparmağa hazır olması mart ayında, 22 nəfərin ABŞ və İsrail səfirliklərinə terror hücumu hazırlamaqda günahlandırılaraq həbs olunması ilə sübut olundu. Azərbaycan hakimiyyətinə görə, onlar İran İnqilab Mühafizəçiləri tərəfindən işə alınır və öyrədilirdilər. Fevralda digər şübhəli terroristlər İran məxfi orqanlara və onların səlahiyyətlisi Hizbullaha xidmət etmək ehtimalı ilə həbs olundu. Yanvarda 3 kişi Bakıda Avropa məktəbi olan “Chabad Or Avner” –də iki müəllimi öldürmək üçün süi-qəsd təşkil etdikləri üçün həbs olundular . Mossad üzvləri tərəfindən güman edilən İran nüvə alimlərinin öldürülməsinə cavab olaraq açıq aşkar əks terror hücumları yenə də planlaşdırılmışdır.
İran təsəvvürünə görə, Azərbaycan İsrail məxfi orqanlarına qarşı qlobal gizli müharibələr zamanı mübarizə meydanı kimi müəyyənləşmişdir. İsrail və Azərbaycan arasında daha yaxın münasibətlər, bu əlaqənin gələcəkdə təhlükəsizlik üçün əsas təhlükə ola bilməsi qavrayışını gücləndirdi. Bu təhlükənin qəbulu, bu iki ölkə arasında münasibətlərdə bəzi gərginliyə və yaxın gələcəkdə yeni insidentlərin yaranmasına yol aça bilərdi. Bundan başqa, vəziyyət bir daha göstərir ki, Qafqazda ittifaq şəbəkəsi ənənəvi dini xətdən kənardadır. Yuxarı Qarabağ konflikti və İran və Rusiyanın neft ixracı marşrutlarına nəzarət etmək üçün rəqabəti kontekstində, İsrail Yəhudi dövləti həqiqətən müsəlman Azərbaycanı üçün vacib müttəfiq kimi çıxış edir.

X. Moskva-Yerevan-Tehran oxunun sülhün ziyanına birləşməsi

Bu sənədin girişində aşağıdakı məsələ qaldırılmışdı: Ermənistan kimi dərin Xristian dövləti ilə İran İslam Respublikasının ittifaqını paradoks adlandırmaq olarmı? Regionda aparıcı güc mərkəzlərinin geosiyasi məqsədlərə nail olmaq və regionda strateji üstünlük əldə etmək kontekstində İranla Ermənistanın maraqlarına nəzər saldıqdan sonra deyə bilərik ki, bu ittifaq məqsədyönlü və tamamilə eyni maraqlara, ən əsaslarından biri Azərbaycana qarşı intensiv düşmənçiliyə xidmət edir. Beləliklə, dini fərq yuyularaq daha geniş əlaqələrə yol açmışdır. Bu Şiə İranına yaxşı inteqrasiya olunmuş Erməni azlığının sağ qalmasının sayəsində daha yaxşı mümkün olmuşdur. Sovet İttifaqının süqutundan az sonra bu virtual körpü Araz çayı üzərində faktiki yeni körpünün tikilməsi ilə tamamlandı.
Bu məruzədə qeyd edildiyi kimi, o vaxtdan Ermənistan və İran həlledici iqtisadi partnyora çevrildilər. Bu illər ərzində körpüyə çoxlu infrastruktur layihələr əlavə edilərək, iki partnyora kəskin narahat regional təhlükəsizlik kompleksi kontekstində bir-birinin təcridini qırmağa imkan verdi. Bu əlaqələr Dağlıq Qarabağ müharibəsinin ən yüksək mərhələsində ölkəni boğulmaqdan xilas etdi və Ermənistanın malları və xidmətləri üçün isti dənizlər marşrutunu açmışdır. Eyni zamanda İran Ermənistanla əlaqələrindən Qara dənizə çıxış əldə etmək üçün və enerji və bank sektoru üzərinə qoyulan beynəlxalq sanksiyalardan yan keçmək üçün yararlandı. Şimala-Moskvaya tərəf hərəkət edən strateji oxun möhkəmlənməsi hər iki ölkə üçün vacib əhəmiyyətli məsələyə çevrildi.
Enerji nöqteyi-nəzərlərindən, Azərbaycan və Türkiyə ilə müştərək enerji layihələrində təcrid edilən Ermənistanın geosiyasi və iqtisadi səbəblər üzündən İranla yaxşı münasibətlər saxlamaqdan başqa seçimi yox idi. Bu zərurət şimal enerji dəhlizinin kövrəkliyini üzə çıxaran 2008-ci il Gürcüstan müharibəsindən sonra daha məcburi oldu. İran tərəfi üçün, Ermənistanda Qazprom tərəfindən idarə olunan enerji vasitələrinə geniş çıxış Azərbaycanla neft mənbələri uğrunda yüksək rəqabət şəraitində qiymətli aktiv kimi görünür. Buna baxmayaraq, İranın Ermənistanla geosiyasi əlaqələrini möhkəmləndirmək cəhdləri gələcəkdə İslam dünyası ilə ziddiyyətləri kəskinləşdirə bilər ki, bu da onun digər OPEK üzvləri ilə münasibətlərini daha da sarsıda bilər.
Eyni zamanda, Erməni siyasətində Dağlıq Qarabağ probleminin böyük əhəmiyyəti İranın Araz çayından cənubda yaşayan Azərbaycanlıların dirçəlmə hərəkatının miqyasından qorxusu ilə birləşdi. Ümumi zəiflik hissi iki ölkə arasında əməkdaşlığın strateji əhəmiyyətini daha da gücləndirmişdir. Nə qədər paradoksal olsa da, bu həmçinin, Erməni diaspora şəbəkələri tərəfindən xüsusilə Birləşmiş Ştatlarda davam etdirilən səylərə baxmayaraq, Ermənistan hökumətinin Qərbdən dəstək almaq imkanını təhlükə altında qoymasına gətirdi . Əksinə, İranın nüvə böhranının səbəb olduğu beynəlxalq hadisələrin ardıcıllığı müstəqillikdən bəri Azərbaycanın üstün tutduğu Qərb və dünyəvi identikliyi gücləndirdi.
Bu qayda ilə, Azərbaycan, Türkiyə və İsrail arasında münasibətlərin yaxşılaşması - baxmayaraq ki bu obyektiv iqtisadi və siyasi faktorlara əsaslanır - Tehranda yolverilməz təhdid kimi qəbul edilərək Ermənistanla gələcək yaxınlaşmanı qabardır. Ümumilikdə, Ermənistan, İran və Rusiya Dağlıq Qarabağ məsələsinin ATƏT tərəfindən təklif olunan mümkün "paket həllinə" mane olmaqla risk edərək, Birləşmiş Ştatlar və onun müttəfiqlərinin regionda iştirakının qarşısını almaq üçün razılaşmış kimi görünür. Həqiqətən də, planın vacib bölməsi Qərb qoşunlarının daxil ola biləcəyi sülh qoruma qüvvələrinin işə salınmasını nəzərdə tutur. İran sərt şəkildə buna qarşı çıxır və hesab edir ki, bu Vaşinqtonla gərgin münsibətləri nəzərə almaqla onun milli təhlükəsizliyinə ciddi təhdid törədə bilər.
Nəticədə, Tehran və İrəvanın strateji mövqeyində məqsədin Bakıdakı qərb strategiyasına qarşı çıxmaq üçün Moskva ilə yaxınlaşmaq olduğu mübahisəlidir. Belə yanaşma üçün tarixi və praktik səbəblər vardır, çünki Moskva və Tehran Aralıq və Xəzər dənizi arasında yerləşən şərq-qərb oxun güclənməsini qəbul edə bilmir. Hələ ki, Ermənistan Birləşmiş Ştatlar və Avropa İttifaqı, Avropa Şurası və ATƏT daxil olmaqla Avropa ilə yaxşı münasibətlər saxlamağa nail olmuşdur. Bu məruzədə göstərildiyi kimi, İranın "siçan-pişik oyununa" həmçinin fundamental demokratik məsələlərin cəlb olunması Vaşinqtonda, Brüsseldə və Strasburgda çoxlu suallar qaldırmışdır.
Bundan əlavə, haqlı olaraq İrəvan-Tehran oxunun güclənməsinin uzun müddətli nəticələrindən qorxmaq lazımdır. İlk baxışda, belə siyasət hər iki ölkənin siyasi, strateji və iqtisadi maraqlarına uyğun hesab edilə bilər. Halbuki, bu həm Dağlıq Qarabağ münaqişəsi, həm də İranın nüvə məsələsini həll etmək üçün edilən beynəlxalq səyləri təhlükə altına qoyur. Son nəticədə, bu strategiya bütün regionda Ermənistan özü də daxil olmaqla bütün aktorların ziyanına, yalnız sülhü və stabilliyi təhlükə qarşısında qoya bilər.


Teqlər:  





Xəbər lenti