Bakıda siqaret tapılmır, qiymətlər isə `ceyran belində` (REPORTAJ)

Bakıda siqaret tapılmır, qiymətlər isə `ceyran belində` (REPORTAJ)
  22 Dekabr 2015    Oxunub:9376
Azərbaycanda dolların bahalaşması ərzaq məhsullarının qiymətinə də təsirsiz ötüşməyib. Paytaxtda əksər mağazalarda süni qiymət artımı müşahidə edilir.
AzVision.az-ın əməkdaşları Bakıda bir neçə marketə baş çəkərək hazırki vəziyyətlə maraqlanıb.

“28 May” metrostansiyası yaxınlığında yerləşən “Fresko” supermarketində qiymətlər xeyli bahalaşıb.

“Çörəkdən başqa, marketdə gördüyünüz bütün məhsulların qiyməti qalxıb. Məsələn , siqaretin qiymətində 25-30 qəpik bahalaşma var. Saqqız əvvəl 40 qəpik idisə, bu gün 80 qəpik olub”-deyə mağazadan bildiriblər.

Marketdə apardığımız müşahidələr zamanı gündəlik tələbat malları olan kartof, soğan, pendir, yağ və digər ərzaq məhsullarının qiymətinin 50 faiz artdığının şahidi olduq.

Əvvəlki günlərdə kiloqramı 60-70 qəpiyə satışa çıxarılan kartof, soğanın qiyməti hazırda 1-2 manat arası dəyişir.



“Ankor” kərə yağının kiloqramı 8 manat 58 qəpiyə, “Doyaruşka” kərə yağını isə 7 manat 95 qəpiyə almaq olar.

Marketdə uşaq yeməklərinin qiymətində də fərq ediləcək dərəcədə artım müşahidə olunur.

Məhəllə marketlərində isə vəziyyət bir qədər fərqlidir.



`Bizdə qiymətlər əvvəlki kimidir. Firmalar yeni mal gətirmədiyinə görə qiymətləri qaldırmamışıq. Firmalara, şirkətlərə zəng vurub mal istəyirik, deyirlər ki, satış müvəqqəti dayandırlıb. Biz də bilmirik bunun sonu necə olacaq`



Baş çəkdiyimiz digər ticarət obyektlərində vəziyyət bu cür davam edirdi: qiymətlər süni bahalaşıb, hamı günahı firmalarda axtarır.

Marketlərdə ən diqqət çəkən məqamlardan biri də siqaret satışının dayandırılması idi. Baş çəkdiyimiz marketlərdə siqaretin satılmadığı bildirildi. Səbəb isə qiymətlərin tənzimlənməməsi ilə bağlıdır.



Şahanə Rəhimli
Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti