`Neftçi` `Qarabağ`ı uddu - Stadionda işıqlar söndü

`Neftçi` `Qarabağ`ı uddu - Stadionda işıqlar söndü
  29 Noyabr 2015    Oxunub:2502
Bu gün Azərbaycan Premyer Liqasının 14-cü turunda daha bir oyun keçirilib.
Turun mərkəzi qarşılaşması 8-ci km qəsəbə stadionunda baş tutub. Lider "Qarabağ" "Neftçi"nin qonağı olub. Ağdam təmsilçisi bu görüşdə qalib gələcəyi təqdirdə liderliyini bir qədər də möhkəmləndirəcəkdi. Lakin meydan sahibləri qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb.

Oyunun ikinci hissəsində stadionun projektorları sönüb. Bu səbəbdən oyun 7-8 dəqiqə təxirə salınıb.

Qeyd edək ki, “Neftçi” 9 oyun idi ki, “Qarabağ”a qalib gələ bilmirdi. “Ağ-qaralar” sonuncu dəfə 2013-cü ildə “Qarabağ” üzərində qələbəyə sevinmişdi.



AzVision.az


Teqlər:  





Xəbər lenti