İnternetin hazırki vəziyyəti necədir? - Açıqlama

İnternetin hazırki vəziyyəti necədir? - Açıqlama
  17 Noyabr 2015    Oxunub:3130
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ötən gün ölkə ərazisində yaranan internet problemi ilə bağlı məsələyə yenidən aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov AzVision.az-a açıqlamasında bildirib ki, dünən günün ikinci yarısından etibarən ölkə əraisində internet təchizatı ilə bağlı yaranan problem tam olaraq aradan qaldırılıb”.

“Ötən gün təxminən saat 22:00 radələrində problem aradan qaldırılıb. Hazırda ölkə üzrə əvvəlki qaydada internet verilişi bərpa olunub, şəbəkəyə qoşulmada heç bir problem yoxdur. Narahat olmağa dəyməz”,- deyə M.Əmirov bildirib.

Qeyd edək ki, ötən gün saat 16:00 radələrindən axşam saat 22:00-dək ölkə üzrə internetə çıxış mümkün olmayıb. Buna səbəb kimi ölkənin əsas internet provayderi olan "Delta Telekom" MMC-nin (bazarda payı 90%-dir) DATA Mərkəzindəki ana naqildə baş verən yanğın göstərilir.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti