Deputatların siyahısı təsdiq edildi

Deputatların siyahısı təsdiq edildi
  28 Oktyabr 2015    Oxunub:2394
Qırğızıstanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyası oktyabrın 4-də ölkə parlamenti-Joqorku Keneşə keçirilən seçkilərdə mandat qazanan 120 deputatın son siyahısını təsdiq edib.

Seçkilərdə 14 partiya iştirak edib, 120 deputat mandatı uğrunda 2500 namizəd mübarizə aparıb.

Altı partiya yeddi faizlik həddi keçərək parlamentdə yer əldə edib.

Qırğızıstan Sosial-Demokrat Partiyası 27,56 faiz səs toplayaraq 38 mandata sahib olub. “Respublika– Ata Jurt” partiyası 20,26 (28 mandat), “Qırğızıstan” 13,07 (18 mandat), “Onuquu-Proqres” 9,39 (13 mandat), “Bir Bol” 8,59 (12 mandat), “Ata Meken” 7,8 faiz (11 mandat) səs qazanıb.


Teqlər:





Xəbər lenti