Ərəblər Hacıyevlə anlaşıb, zavod tikirlər

Ərəblər Hacıyevlə anlaşıb, zavod tikirlər
  22 Oktyabr 2015    Oxunub:2336
“Bu il Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri İmişli rayonunda olub və rayonda kənd təsərrüfatının inkişafı sahəsində mühüm işlər görəcəklərini bildiriblər”.
AzVision.az xəbər verir ki, bunu İmişli rayonunda 2015-ci ilin 9 ayı ərzində sоsiаl-iqtisаdi inkişаfının yеkunlаrınа və qarşıda duran vəzifələrə həsr оlunmuş hesabat yığıncağı zamanı icra başçısı Vilyam Hacıyev bildirib.

O, qeyd edib ki, rayon ərazisində kənd təsərrüfatının inkişafı istiqamətində bir sıra zavodların tikintisi, heyvandarlığın inkişafı ilə bağlı layihələr də artıq reallaşmaq üzrədir: “2014-cü ilin iyun ayından etibarən Belçikanın Lommel şəhəri ilə İmişli rayonu arasında qardaşlaşmış şəhər memorandumu imzalanıb. Belçikanın dövlət nümayəndələri bir neçə dəfə İmişli rayonunda olub və müəyyən layihələrin həyata keçirilməsi planlaşdırılırdı. Nəzərdə tutulan layihələr çərçivəsində İmişli rayonunda “Holland Pendiri süd və süd məhsulları” zavodunun tikintisi artıq reallaşmaq üzrədir. Bundan əlavə Belçikalı sahibkarlar İmişli rayonunda “Şüşə”, “Günəş batareyaları” zavodlarının tikintisini planlaşdırıblar”.

AzVision.az


Teqlər:





Xəbər lenti