Bakcell abunəçiləri internet paketlərini paylaşa bilər

Bakcell abunəçiləri internet paketlərini paylaşa bilər
  19 Oktyabr 2015    Oxunub:1823
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda ilk dəfə olaraq öz abunəçilərinə internet paketlərini paylaşmaq imkanı verir.
Şirkətdən AzVision.az-a verilən məlumata görə, indi Bakcell abunəçiləri özlərinə məxsus nömrənin internet paketini istədikləri 4 nəfər ilə bölüşə bilərlər. Beləliklə, bir neçə abunəçi eyni anda yalnız bir mobil internet paketindən istifadə edə biləcək. “Paylaşılan” paketdən mobil telefon, planşet, data kart və s. istifadəçiləri yararlana bilərlər. “Paylaşılan” internet paketlərinin həcmlərinə uyğun qiymətləri aşağıdakı cədvəldə göstərilib.

Paketin həcmi Qiymət

800 MB 7 AZN

2 GB 10 AZN

5 GB 15 AZN

10 GB 22 AZN

15 GB 30 AZN

30 GB 45 AZN

Həcmindən asılı olmayaraq bütün paylaşılan internet paketlərinin istifadə müddəti 30
gündür. Abunəçi paylaşılan internet paketinin aktivləşdirilməsini Bakcell xidmət mərkəzinə yaxınlaşmaqla və ya 555 nömrəsinə zəng etməklə Məlumat Mərkəzi vasitəsilə həyata keçirə bilər. Paylaşılan paketin qoşulması 24 saat ərzində həyata keçirlir və paket aktivləşəndə abunəçinin nömrəsinə SMS göndərilir. “Bakcell ölkədə mobil internet bazarının aparıcı qüvvəsidir. “Bakcell”in 3G şəbəkəsinin bütün ölkəni əhatə etdiyi və 4G şəbəkəsinin genişlənməkdə olduğu bir dövrdə bizim abunəçilərimizin mobil internetə olan tələbatı getdikcə artmaqdadır. 4G xidmətinin istifadəyə verilməsi bizim şəbəkəmizdə data trafikinin həcminin iki dəfə artmasına səbəb olub. Bunları nəzərə alaraq biz mobil interneti abunəçilərimiz üçün daha əlçatan edirik. Paylaşılan internet təcrübəsini Azərbaycanda ilk dəfə Bakcell şirkəti təqdim edir və biz inanırıq ki, abunəçilərimiz bu imkandan yetərincə
faydalana biləcəklər”,-deyə Bakcell şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.

Azərbaycanda mobil internet bazarının lideri olan Bakcell şirkəti öz abunəçilərinə daha maraqlı və əlverişli mobil internet təklifləri verməkdə davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti