Bəs, bizim kondisionerimiz hanı?! – Yanan binadan FOTOLAR

Bəs, bizim kondisionerimiz hanı?! – Yanan binadan FOTOLAR
  28 Sentyabr 2015    Oxunub:11624
Bakının Binəqədi rayonunda yanan 16 mərtəbəli yaşayış binası 4 aylıq təmirdən sonra bu gün sakinlərə təhvil verilib. Aylardır evlərinin yolunu gözləyən sakinlərə Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələrini mənzilərin açarlarını təqdim ediblər.

Evlərinə baxış keçirən sakinlər yeni mənzillərindən razı qalıblar.

Qeyd edək ki, bütün mənzillər yeni əşyalarla, ən son model mebellə təmin olunub. Binaya bundan əlavə ilk dəfə istilik sistemi quraşdırılıb.

Bütün bunlara baxmayaraq, sakinlər arasında hələ də narazılıq edənlər var.

Mənzillərin təqdim olunma mərasimində yanan bina sakinlərindən biri bizə yaxınlaşaraq şikayətlərini çatdırıb. Evinin təmir olunmasından razı qalan sakinin şikayəti mənzilə soyuducu, televizor, kondisioner və xalçanın qoyulmaması ilə bağlıdır.



“Ev təmir olunanda gəlib baş çəkirdim. Evə kondisioner, televizor, soyuducu qoyulmuşdur. İndi gəlib görürəm ki, onların heç biri yoxdur. Sizdən xahiş edirəm ki, bu məsələni araşdırasınız. Hətta divarda kondisionerin yeri də qalıb”.

Yanan binanın digər sakinləri də evlərinə kondisioner quraşdırılmamasından gileylənirlər.

Sakinlərin şikayətlərini mənzillərin təhvil verilməsi ilə məşğul olan təşkilatçıya çatdırdıq.

Məsul şəxs bildirdi ki, soyuducu, kondisioner, televizorun verilməsinə Bakı Şəhər İcra hakimiyyətinin təşkil etdiyi komissiya baxır. Bununla bağlı onlara yaxınlaşmaq lazımdır.



Özünü baş podratçı kmi təqdim edən şəxs isə tamam əksini söylədi: “Bizim layihədə adlarını çəkdyiniz əşyaların verilməsi nəzərdə tutlmayıb. Abid Şərifov da iclasda bildirmişdi ki, bunun əvəzində sakinlərə konpensasiya veriləcək. Ona görə də heç bir narahatçılığa əsas yoxdur”.



Qeyd edək ki, bu ilin mayın 19-da baş verən faciə nəticəsində 14 nəfər dünyasını dəyişib. Məlum faciədən sonra ölkə başçısı binanın yenidən əsaslı şəkildə təmiri üçün dövlət büdcəsindən 3milyon manat vəsait ayırıb.

Şahanə Rəhimli
Fotolar: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti