Abutalıbov polisdən kömək istədi

Abutalıbov polisdən kömək istədi
  26 Sentyabr 2015    Oxunub:3151
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ağaclarının qanunsuz kəsilməsi ilə bağlı polisə müraciət edib.
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, BŞİH Xətai rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı rayonun 34-cü polis böllməsinə müraciət edib.

Hacıbala Abutalıbovun rəhbərlik etdiyi icra hakimiyyəti müraciətində Babək prospekti 15-də yerləşəq yaşıllıq zolağında qanunsuz olaraq 6 şam ağacının kəsilməsi və yerində qazıntı işlərinin aparılması barədə polisə məlumat verib.

Polis əməkdaşları ərazidə aparılan işləri dayandırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti