`Qəbələ` ev oyunlarını bu stadionda keçirəcək

`Qəbələ` ev oyunlarını bu stadionda keçirəcək
  29 Avqust 2015    Oxunub:3037
"Qəbələ" Avropa Liqasının qrup mərhələsində ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib.
AzVision.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

Onun sözlərinə görə, qrup oyunlarındakə rəqiblərini əvvəlki kimi Bakıdakı "Bakcell Arena" stadionunda qəbul edəcək.

Stadionun ot örtüyü sentyabrın 3-də Azərbaycan və Xorvatiya yığmaları arasında keçiriləcək "Avro-2016"nın seçmə qrup matçına hazırlanır. "Qəbələ"nin ilk ev oyunu sentyabrın 17-də Yunanıstan PAOK-una qarşı olacaq.

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında II təsnifat mərhələsindən etibarən ev oyunlarını "Bakcell Arena"da keçirib. 2012-ci il sentyabrın 14-də rəsmən açılan arena 11 mindən çox tamaşaçı tutur. Avroliqanın qrup mərhələsində "qırmızı-qaralar"ın rəqibləri "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və "Krasnodar" (Rusiya) olacaq.


Teqlər:  





Xəbər lenti