“Qəbələ” və “Qarabağ” böyük sınaq qarşısında

“Qəbələ” və “Qarabağ” böyük sınaq qarşısında
  27 Avqust 2015    Oxunub:1636
Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Azərbaycan təmsilçisi "Qarabağ" qrup mərhələsinə düşmək yolunda son matçına çıxacaq.

Ağdam təmsilçisi doğma azarkeşləri önündə "Yanq Boyz"u sınağa çəkəcək. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" evdə üstünlüyü qorumağa çalışacaq.

Matç saat 21:00-da başlayacaq.

Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Yunanıstanda “Panatinaikos”la cavab oyununa çıxacaq. Qitə miqyaslı yarışlarda ötən mövsüm debüt edən “qırmızı-qaralar” ikinci cəhddə pley-offa qədər irəliləyərək artıq ilkə imza atıb. Bu oyun həm də qəbələlilər üçün Avroliqada yubiley – 10-cu qarşılaşma olacaq.

Evdəki matçdan qolsuz bərabərliklə ayrılan təmsilçimiz səfərdə qazanacağı istənilən hesablı qələbə və ya məhsuldar heç-heçə ilə turu keçən tərəf olacaq.


Teqlər:





Xəbər lenti