Azərbaycanlı idmançı prezidentlə ringə çıxdı - VİDEO

Azərbaycanlı idmançı prezidentlə ringə çıxdı - VİDEO
  17 Avqust 2015    Oxunub:10486
Məşhur Azərbaycan döyüşçüsü K-1 ustası Zabit Səmədov Çeçenistan prezidenti Ramzan Kadırov tərəfindən "Qorxunc döyüş" beynəlxalq turnirinə fəxri qonaq qismində dəvət edilib.

AzVision.az-ın Səmədovun şəxsi "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, Çeçenstana səfəri zamanı Azərbaycan döyüşçüsü respublikanın prezidenti Ramzan Kadırov ilə görüşüb. Zabit Səmədov Ramzan Kadırovla sparrinq-döyüş keçirib. Onun sözlərinə görə, döyüş Çeçenistan rəhbərinin iqamətgahında baş tutub.



Döyüşdən sonra Ramzan Kadırov şəxsi instaqram səhifəsində görüşlə bağlı fikirlərini yazıb: "Bazar axşamı mən məşhur dünya kikboksçusu, əziz qardaşım Zabit Səmədovla rinqdə görüşdüm. Biz qardaşcasına sparrinq keçirdik. Boks 4 raund davam etdi. Zabit əla reaksiyaya malikdir, gözəl müdafiə olunur, hücum döyüşünü sevir. Biz bir-birimizə bir sıra zərbələr vurduq. Zabit Səmədovla bir rinqdə olmaq mənim üçün böyük şərəfdir. O, idman aləmində layiqli yer tutub, böyük əmək, güclü iradə və məqsədyönlü olması sayəsində nəticələr əldə edib və tanınıb."

AzVision.az


Teqlər:  





Xəbər lenti