`Qəbələ` tarixi uğura doğru

`Qəbələ` tarixi uğura doğru
  06 Avqust 2015    Oxunub:1417
Bu gün Avropa Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq.
Qol.Az-ın məlumatına görə, təmsilçilərimizdən “Qəbələ” də “pley-off” üçün mübarizə aparacaq.

Roman Qriqorçukun komandası doğma meydanda Kiprin “Apollon” klubu ilə qarşılaşacaq.

İlk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan “qırmızı-qaralar”ın növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansı var. İstənilən hesablı qələbə və qolsuz heç-heçə komandamızı qane edir.

Bu nəticələrdən biri qeydə alınsa, o zaman "Qəbələ" tarixində ilk dəfə olaraq Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanacaq.

Qarşılaşma saat 21:00-da başlayacaq.




Teqlər:  





Xəbər lenti