`Qəbələ`də yeni məşqçi

`Qəbələ`də yeni məşqçi
  12 İyul 2015    Oxunub:2339
"Qəbələ”nin əvəzedici komandasının baş məşqçisi Ramin Quliyevin köməkçisi və qapıçılarla işləyən məşqçisi müəyyənləşib.
AzVision.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifələri müvafiq olaraq, Elmar Baxşıyev və Vüqar Məmmədov icra edəcək. “Qırmızı-qaralar”ın sabiq futbolçusu olan Baxşıyev komandanın məşqçilər heyətinə yeni təyin olunub.

Məşqçilik karyerasına “Neftçi”nin U-19 komandasında başlayan 35 yaşlı çalışdırıcı “Qəbələ”nin əvəzedicilərinin məşqçisi kimi fəaliyyət göstərəcək.


Teqlər:





Xəbər lenti