Bu gün hansı oyunlar keçiriləcək?- Cədvəl

Bu gün hansı oyunlar keçiriləcək?- Cədvəl
  27 İyun 2015    Oxunub:2640
Bu gün I Avropa Oyunlarında 27 medal dəstinin sahibi müəyyənləşəcək.
AzVision.az-ın məlumatına görə, rekord sayda medal dəsti 6 idman növündə oynanılacaq. Belə ki, boksda 5, üzgüçülükdə 11, qılıncoynatmada 3 dəfə ən yaxşılar müəyyənləşək. Bundan sonra bu yarışlara yekun vurulacaq. Həmçinin idmançılar badmintonda 2, voleybolda 1, cüdoda 5 dəst medal uğurunda mübarizə aparacaqlar. Bu gün yalnız 1 növdə - yarımfinalın keçiriləcəyi çimərlik futbolunda qaliblər bəlli olmayacaq.

27 iyun

09:00. Qılıncoynatma
Komanda yarışları
Kişilər, sablya
Qadınlar, şpaqa
Kişilər, rapira
Bakı Kristal Zalı

09:30. Üzgüçülük
Bakı Su İdmanı Mərkəzi

10:00. Badminton
Yarımfinal, final
Bakı İdman Zalı

12:00. Cüdo
Kişilər, 90 kq, 100 kq, +100 kq
Qadınlar, +78 kq, +78 kq
Heydər Əliyev adına İdman Arenası

16:00. Çimərlik futbolu
Yarımfinal, 5-8-ci yerlər uğrunda oyunlar
Çimərlik Arenası

18:00. Boks
Final
Qadınlar, 60 kq
Kişilər, 60 kq, 69 kq, 75 kq, 91 kq
Bakı Kristal Zalı

16:00. Voleybol
Qadınlar, III yer uğrunda oyun
Azərbaycan – Serbiya
Bakı Kristal Zalı

18:30. Voleybol
Qadınlar, final
Türkiyə - Polşa
Bakı Kristal Zalı

AzVision.az


Teqlər:





Xəbər lenti