`Sentyabrın 15-dək vaxtımız var` - Azad Rəhimov

`Sentyabrın 15-dək vaxtımız var` -  Azad Rəhimov
  26 İyun 2015    Oxunub:3258
“Azərbaycan 2016 və 2020-ci illərdə Olimpiya Oyunlarına iddia edib”.
AzVision.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov keçirilən mətbuat konfransında deyib. O, qeyd edib ki, Avropa Oyunları da ölkəmizin hazırlığını göstərmək üçün yaxşı fürsərdir.

“Bildiyiniz kimi, Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcəyik. Şahmat Olimpiadasını yüksək səviyyədə keçirməyə çalışacağıq. Azərbaycanda "Formula 1" yarışı da keçiriləcək. İslam Həmrəylik Oyunları, 2020 Futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsinə qərar verilməsi ölkənin müxtəlif sahələr üzrə hazırlığı nümayiş etdirməsi üçün yaxşı fürsətdir.

Azərbaycanın 2024-cü il Yay Olimpiya Oyunlarını keçirmək üçün müraciət etməsi ilə bağlı da məsələ var, yekun qərarı dövlət başçısı verəcək. Sentyabrın 15-dək vaxtımız var ki, vəziyyəti dəyərləndirək. Bundan sonra qərar veriləcək, hələlik qərar yoxdur”.

“Birinci Avropa Oyunlarında idmançıların bacarıq səviyyəsi yüksəkdir və onlar böyük əzmkarlıqla calışırlar” - deyən nazir bildirib ki, yarışlarda Azərbaycan yığma komandası 2-ci yerdədir. İlk dördlükdə Azərbaycanla yanaşı, Rusiya, Almaniya və Böyük Britaniya var:

“Sevinirik ki, bu yer indiyәdək bizdәdir. Әnәnәvi idman növlәri sahәsindә gözlәnilәn nailiyyәtlәrdәn savayı, dünәn qılıncoynatmada böyük qәlәbә oldu. Bünyatova bacılarının nailiyyәti bizi sevindirdi. Növbәti sevindirici mәqam tamaşaçıların marağıdır. İdman qurğularında yerlәrin 70-80 faizi tutulub. Tamaşaçılar bilet alıb oyunları izləyirlər. Yeni idman mәdәniyyәti formalaşır”.

A.Rəhimov qeyd edib ki, yarışlar ümumilikdə 61 televiziya kanalı vasitəsilə dünyanın 145 ölkəsində yayımlanır: “824 milyon mәnzildә bu oyunlar izlәnilir. Açılış mәrasimi 120 ölkәdә canlı yayımlanıb. Yayım saatları tәxmini Soçi Olimpiya oyunları ilә eynidir. 253 medal komplektindәn 194 medal qazanılıb. 59 dәst medal 2 gün әrzindә idmançılara tәqdim olinacaq”.


Teqlər:  





Xəbər lenti