Ölkəmizi qılıncoynatmada təmsil edən bacılar 1/4 finalda

Ölkəmizi qılıncoynatmada təmsil edən bacılar 1/4 finalda
  25 İyun 2015    Oxunub:2182
Azərbaycanı I Avropa Oyunlarında qılıncoynatma yarışında təmsil edən Sevinc və Sevil Bünyatova bacıları 1/4 finala yüksəlib.
AzVision.az-ın məlumatına görə, Sevil Bünyatova 1/8 finalda rusiyalı Mariya Rideli məğlub edib - 15:9. O, 1/4 finalda yunanıstanlı Vassiliki Vuqyuka ilə qarşılaşacaq.

Onun əkiz bacısı Sevinc Bünyatova isə italiyalı Rebekka Qarqanonu məğlubiyyətə uğradıb - 15:7. Onun 1/4 finaldakı rəqibi Alina Komaşçuk olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti