İdmançılarımız bütün görüşlərdə uduzdu- Yenilənir

İdmançılarımız bütün görüşlərdə uduzdu- Yenilənir
  23 İyun 2015    Oxunub:2780
Bu gün I Avropa Oyunlarında qılıncoynatma yarışlarına start verilib.
AzVision.az-ın məlumatına görə, bu gün Azərbaycan idmançıları da mübarizəyə başlayıb. İlk olaraq xanım idmançımız Elmira Xudaverdiyeva mübarizəyə başlayıb.

A qrupunda yer alan qılıncoynadanımız ilk görüşdə polşalı Eva Nelipə 0:5 hesabı ilə uduzub. İkinci görüşündə rumıniyalı Ana Maria Branza və 3-cü qarşılaşmasında macarıstanlı Bukocki Bianka ilə qarşılaşan idmançımız bu dəfə də məğlubiyyətdən qaça bilməyib. Xanım idmançımız dördüncü görüşdə slovakiyalı Daqmar Kiparovaya da məğlub olub. O, sonuncu görüşünü isveçli Emma Samuelsona qarşı keçirəcək.

B qrupunda yer alan Samirə Hüseynova da çıxdığı bütün döyüşləri uduzub. O, estoniyalı Kirpu Erikaya 2:5, serbiyalı Çaran Romana 3:5, rusiyalı Olqa Koçnevaya 0:5, macarıstanlı Reak Bohusa 1:5 hesabları ilə məğlu olub.

C qrupunda yer alan Məryəm Məlikova da komanda yoldaşlarının “uğurunu” davam etdirib. Belə ki, bu xanım idmançımız da keçirdiyi 4 görüşün hər birindən məğlub ayrılıb.

E qrupunda yarışan Nübar Məlikova da bütün görüşlərini uduzub.

AzVision.az


Teqlər:  





Xəbər lenti