Qəbələdə evləri su basıb

Qəbələdə evləri su basıb
  10 İyun 2015    Oxunub:1592
Güclü yağışlar Qəbələdə yaşayış evlərinin su altında qalmasına səbəb olub.
AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb regional mərkəzindən daxil olan məlumata əsasən iyunun 7-də yağan yağışlar səbəbindən Tikanlı, Qaraçay və Həmzəli çaylarında suyun səviyyəsi qısa müddətli artıb. Nəticədə Qəbələ rayonunun Qəmərvan, Tikanlı, Mirzəbəyli, Xırdatala, İmamlı kəndlərində və Bum qəsəbəsində bəzi fərdi yaşayış evlərin həyətyanı sahələrini su basıb.

Su basan ərazilərə FHN-nin Regional Mərkəzinin xilasediciləri və müvafiq texnikası cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Görülən tədbirlər nəticəsində fərdi yaşayış evlərin zirzəmisinə yığılmış su və lil təmizlənib.


Teqlər:





Xəbər lenti