Atəşkəs bütün istiqamətlərdə pozulub

Atəşkəs bütün istiqamətlərdə pozulub
  03 İyun 2013    Oxunub:1177
Ermənilər istirahət günlərində də atəşkəsi pozmaqda davam ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində və Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tovuz rayonunun Qaralar kəndi yaxınlığında yerləşən mövqelərimizi atəşə tutublar.

Ermənistan ordusunun bölmələri Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti