Azərbaycanın səhər yeməyinə icazə verildi

Azərbaycanın səhər yeməyinə icazə verildi
  03 İyun 2015    Oxunub:2522
Bakı-2015 I Avropa Oyunları zamanı turistlərə təqdim olunmaq üçün hazırlanan “Azerbaijan breakfast” brendi üçün müəlliflik şahadətnamə verilib.

Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında məlumat verib.

Nazirin sözlərinə görə, bu gün nazirliyə “Azerbaijan breakfast” brendi ilə bağlı müəllif hüququ şəhadətnaməsi daxil olub.

Qeyd edək ki, “Azerbaijan breakfast” menyusuna qoyun pendiri, bal, qatıq, müxtəlif meyvələr, pomidor-yumurta, yağ və çay daxildir.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti