`Bakı-2015` Argentinada təqdim olunub – VİDEO

`Bakı-2015` Argentinada təqdim olunub – VİDEO
  29 May 2015    Oxunub:1129
Buenos-Ayresdə 28 may Respublika Günü və Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı keçirilmiş tədbir dünyanın ispandilli mətbuatının diqqət mərkəzində olub.

Azərbaycan Respublikasının Argentinadakı Səfirliyi tərəfindən Buenos-Ayresin "Four Seasons" otelində 28 may Respublika Günü münasibətilə qəbul və Bakı 2015 Birinci Avropa Oyunlarının təqdimatı keçirilib.

Tədbirdə Argentina hökuməti adından əsas qonaq qismində xarici işlər nazirinin müavini Eduardo Zuain, Xarici İşlər Nazirliyinin dövlət katiblərinin müavinləri Karolina Perez Kolman və Adrian Nador, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin dövlət katibinin müavini Karla Seain, Deputatlar Palatasının sədr müavini Patrisia Ximenez, həmin palatada Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Xulia Perie, digər çoxsaylı parlamentarlar, müxtəlif nazirliklərin rəhbər vəzifəli şəxsləri, siyasi partiyaların, diplomatik korpusun, elmi-akademik-analitik, işgüzar dairələrin, mədəniyyət, idman sektorlarının, o cümlədən KİV-lərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Argentinadakı səfiri Məmməd Əhmədzadə Azərbaycanın müstəqillik illərində keçdiyi yol, əldə olunmuş tərəqqi, ölkəmizin inkişaf strategiyası, regional proseslərdə və beynəlxalq siyasətdə rolu, Bakı 2015 Birinci Avropa Oyunları, bu oyunların yüksək səviyyədə təşkili məqsədilə ölkəmizdə görülmüş tədbirlər, eləcə də növbəti illərdə Azərbaycanın digər beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyinə də toxunmuşdur. Səfir çıxışında son illərdə Azərbaycan-Argentina əlaqələrinin inkişafı barədə danışmış və Argentina hökumətinə bu xususda verdiyi dəstəyə görə təşəkkür edib.

Çıxışının ardınca Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirlə bağlı nüfuzlu "EFE America" informasiya agentliyi tərəfindən xüsusi olaraq hazırlanmış "Azərbaycan Bakı 2015 Birinci Avropa Oyunlarını Buenos-Ayresdə təqdim edir" başlıqlı video-reportaj və "Bakı 2015 Birinci Avropa Oyunlarının təqdimatı Buenos-Ayresə gəlmişdir" başlıqlı məlumat dünyanın ispandilli mətbuatının böyük marağına səbəb olmuşdur və həmin video-reportaj və məlumat "MSN", "Television Data 99", "Eurosport Yahoo", "Noticias Terra", "Hola Ciudad", "Que Pasa", "Worldnewsenespanol", ""TRT espanol" və digər müvafiq KİV-lərin portallarında da dərc olunub.

Məlumatlarda tədbirlə yanaşı, Azərbaycanın yüksək iqtisadi inkişafı, Avropa Oyunlarına hazırlıq çərçivəsində görülmüş işlər diqqət mərkəzində olub, səfir M.Əhmədzadə ilə götürülmüş müsahibədən hissələr verilib, habelə ölkəmizin inkişafını göstərən kadrlar əks olunub.




Teqlər:





Xəbər lenti