Milli Şuranın mitinqinə icazə verildi

Milli Şuranın mitinqinə icazə verildi
  25 May 2015    Oxunub:1555
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının müraciətini cavablandırıb.
BŞİH-dən AzVision.az-a verilən məlumata görə, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına riayət olunmaqla 30 may 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verilib.

Eyni zamanda qeyd olunub ki, gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunması məqsədəuyğundur.

AzVision.az


Teqlər:





Xəbər lenti