Milli Şuranın mitinqinə icazə verildi

Milli Şuranın mitinqinə icazə verildi
  12 May 2015    Oxunub:1654
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq keçirilməsi ilə bağlı müraciətinə cavab verib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, meriya “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına riayət olunmaqla 16 may 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsini razılıq verib.

Toplantı təşkilatçılarından xahiş olunub ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən, ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət etsinlər.

Bakı Şəhər İcra Hakimiyyəti gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunmasını məqsədəuyğun hesab edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti