Komitənin qarşısında kran aşdı

Komitənin qarşısında kran aşdı
  06 May 2015    Oxunub:2160
Bakıda qaldırıcı kran aşıb
AzVision.az xəbər verir ki, hadisə Dövlət Statistika Komitəsinin (DSK) qarşısındakı dairədə baş verib. Belə ki, qaldırıcı kran reklam lövhəsini oradan götürən zaman ağırlığa tab gətirməyib və aşıb.

Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Nəriman Nərimanov prospektində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) işçiləri, ağır texnikası və əlavə olaraq iki ədəd qaldırıcı kran cəlb edilib. Hazırda yol nəqliyyat hadisəsi zamanı aşmış texnikanın yoldan kənarlaşdırılması istiqamətində işlər aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti