`Bakı 2015`də növbəti yenilik

`Bakı 2015`də növbəti yenilik
  19 Aprel 2015    Oxunub:1947
Bakı-2015 Avropa Oyunları üçün telekommunikasiya infrastrukturu yaradılıb.
AzVision.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Bakı-2015 Avropa Oyunlarının keçiriləcəyi obyektlərin hamısı optik lifli rabitə xətlərinə qoşulacaqlar. "Bakı Telefon Rabitə" İstehsalat Birliyindən bildirilib ki, İstehsalat Birliyi tərəfindən 200 kilometr uzunluğunda optik magistral salınıb və şəbəkə avadanlıqları quraşdırılıb.

Məlumatların fasiləsiz axınını təmin etmək üçün hər biri 1 giqabit buraxılış gücünə malik iki xətdən (əsas və alternativ) istifadə olunub. Bundan əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilmişdi ki, Avropa Oyunları zamanı obyektlərdə davamlı rabitənin təmin olunması üçün dövlət rabitə operatorlarının və digər dövlət qurumlarının mövcud kabel infrastrukturundan istifadə olunacaq.

Şəbəkələrin yaradılması üçün Məlumat Hesablama Mərkəzinin proqram-aparat kompleksləri, AzDATACOM və digər strukturların şəbəkəsindən faydalanmaq planlaşdırılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti