Zabit Səmədov Dubayda 1 milyon qazandı – VİDEO

Zabit Səmədov Dubayda 1 milyon qazandı – VİDEO
  18 Aprel 2015    Oxunub:4068
Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti döyüşünü keçirib.
AzVision.az oxu.az istinadən xəbər verir ki, o, Dubayda keçirilən Global Fighting Championship 4 Man Heavyweight Tournament döyüşünün yarımfinalında iştirak edib.

Zabitin rəqibi 38 yaşlı avstraliyalı Stiv Makkinnon olub.

Makkinnon keçirdiyi 52 döyüşdən 45-də qələbə qazanıb (40-ı nokautla) və 7 dəfə məğlubiyyətə uğramışdı.

İndi isə Makkinnonun artıq 8 məğlubiyyəti var, çünki döyüşdə hakimlərin qərarı ilə Səmədov qalib gəlib (video aşağıda).

30 yaşlı azərbaycanlı döyüşçünün aktivində artıq 83 görüş var və o, həmin döyüşlərdən 73-də qələbə qazanıb (35-i nokautla).

Zabit qələbəsinə görə 1 milyon dirhəm pul mükafatı (təxminən 272 min ABŞ dolları) alıb.

Final dekabrda baş tutacaq. Onun qalibi 1 milyon dollar alacaq.



AzVision.az


Teqlər:  





Xəbər lenti