Müsavatın yürüşünə icazə verilmədi

Müsavatın yürüşünə icazə verilmədi
  14 Aprel 2015    Oxunub:1322
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının aprelin 19-na təyin etdiyi etiraz yürüşünü məqsədəuyğun hesab etməyib.
AzVision.az xəbər verir ki, Müsavat Partiyasının Divan üzvü Razim Əmiraslanlı APA-ya açıqlamasında bildirib ki, bu gün BŞİH-ə dəvət edilib: “Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Zaur Ramazanovla görüşdüm. Bizə bildirdilər ki, “20 Yanvar” metro stansiyasından keçmiş “Məhsul” stadionuna yürüş məqsədəuyğun deyil. Çünki avtomobillərin hərəkətinə və insanların gediş-gəlişinə mane ola bilər. Təklif etdilər ki, keçmiş “Məhsul” stadionunda mitinq keçirilməsi ilə bağlı müraciət olsa, baxıla bilər”.

R. Əmiraslanlı hazırda partiya rəhbərliyinin müzakirə apardığını və yekun qərarın veriləcəyini açıqlayıb.


Teqlər:  





Xəbər lenti