Meriyadan açıqlama: Müsavata cavab veriləcək

Meriyadan açıqlama: Müsavata cavab veriləcək
  13 Aprel 2015    Oxunub:1938
Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının aprelin 19-da keçirmək istədiyi yürüşlə bağlı müraciətinə bu həftə ərzində baxaraq cavab verəcək.
Bu barədə AzVision.az-a açıqlamasında BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib. Bildirib ki, müraciətə baxılaraq cavab veriləcək:

“Yürüşlə bağlı müraciət bizim şöbəyə daxil olub. Həftə ərzində müraciətə baxılacaq və müvafiq cavab veriləcək”.

Qeyd edək ki, Müsavat Partiyası 19 aprel saat 16.00 da “20 yanvar” metrostansiyasının yanından başlayaraq Həsən bəy Zərdabi küçəsindən keçməklə, “Məhsul” stadionunda qətnamənin oxunması ilə yekunlaşan yürüş-mitinq keçirilmək barədə qərar qəbul edib. Partiya bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə rəsmi müraciət göndərib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti