Çaves qayıdır

Çaves qayıdır
  18 Fevral 2013    Oxunub:1638
Twitter-də Çavesin Venesuellaya geri qayıdacağı barədə məlumat yerləşdirilib.
Kubada xərçəng xəstəliyindən müalicə olunan Venesuella prezidenti Uqo Çaves yaxın günlərdə ölkəsinə geri qayidacağını bildirib. Çaves, müalicəsinə vətənində davam edəcək.
Twitter-dəki mikrobloqunda Çaves Kubanın hazırki rəhbəri Raul Kastroya və keçmiş lider Fidel Kastroya göstərdikləri dəstəyə görə təşəkkür edib, eləcə də həkimlərə, tibb bacılarına minnətdarlığını ifadə edib.
Qeyd edək ki, bu, noyabrın 1-dən sonra Çavesdən gələn ilk soraqdır. Ötən həftə, fevralın 15-də isə Venesuella prezidentinin əməliyyatdan sonra çəkilən ən son fotoları dərc olunub.
Çavesin sonuncu əməliyyatı dekabrın 11-də Havanada baş tutub. Həkimlər ona 2011-ci ilin ortalarında xərçəng diaqnozu qoyublar və o vaxtdan bəri Çaves 4 dəfə əməliyyat olunub.


Teqlər:





Xəbər lenti