Abutalıbov Bakıya dəvə karvanı gətirəcək

Abutalıbov Bakıya dəvə karvanı gətirəcək
  13 Mart 2015    Oxunub:2098
Bakı Şəhər İcra Hakimiyyəti Novruz bayramı münasibəti ilə vətəndaşlara müraciət edib.
BŞİH-dən AzVision.az-a verilən məlumata görə, xalqımızın milli adət-ənənələrinə uyğun olaraq, baharın gəlişi – Novruz bayramı ilə əlaqədar İlaxır çərşənbə münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti xalqımızı təbrik edir və bayram şənliyinə dəvət edir.

Martın 17-də saat 11.00-da Azneft meydanından dəvələrdən ibarət karvanla hərəkət edərək Suraxanı rayonu Atəşgah məbədindən milli geyimli oğlan və qızlar musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə gətirdikləri odla saat 19.00-da Qoşa Qala qapısının qarşısındakı Gənclik meydanında tonqal yandırılacaq.

İlaxır çərşənbə münasibətilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşları konsertə və atəşfəşanlığa dəvət edir.
Bayramınız mübarək olsun !

AzVision.az


Teqlər:  





Xəbər lenti