Sərkisyanlar səs verdi

Sərkisyanlar səs verdi
  18 Fevral 2013    Oxunub:1908
Serj Sərkisyan Ermənistandakı prezident seçkilərində səs verib.
İrəvandakı Spandiaryan adına məktəbdə yerləşən 9/11 saylı seçki məntəqəsinə gələn Sərkisyan səs verib.
Prezident seçki məntəqəsinə həyat yoldaşı Rita Sərkisyanla gəlib. Səs verdikdən sonra prezident, Ermənistanın gələcəyinə səs verdiyini deyib.
Xatırladaq ki, Ermənistanda dövlət başçısı postu uğrunda yeddi namizəd mübarizə aparacaq. Bunlar hazırki prezident, hakim Respublika Partiyasının lideri Serj Sarkisyan, "İrs" partiyasının sədri Raffi Ovanisyan, Ermənistan Milli Konqresindən ayrılmış "Azadlıq" Partiyasının lideri, keçmiş baş nazir Hrant Baqratyan, Paruyr Ayrikyan, Arman Melikyan, Vardan Sedrakyan və Andrias Qukasyandır.


Teqlər:  





Xəbər lenti