Köçəryan səs verməyəcək

Köçəryan səs verməyəcək
  18 Fevral 2013    Oxunub:2346
Ermənistanın ikinci prezidenti Robert Köçəryan bu gün keçirilən prezident seçkilərində səs verməyəcək.
Erməni mətbuatının yazdığına görə, bu barədə eks prezidentin mətbuat katibi Viktor Saqomonyan məlumat verib.
Eks prezidentin hazırda səfərdə olduğunu və buna görə də səsvermədə iştirak etməyəcəyini deyən Saqomonyan Köçəryanın konkret harada olması barədə verilən suallara cavab verməkdən çəkinib.
Xatırladaq ki,”Çiçəklənən Ermənistan” partiyasının lideri, oliqarx Qaqik Sarukyan da səsvermədə iştirak etməyəcək. Köçəryana yaxınlığı ilə tanınan Sarukyannı da xaricdə olduğu deyilir.



Teqlər:  





Xəbər lenti