Milli Qəhrəman haqqında film çəkilir

Milli Qəhrəman haqqında film çəkilir
  23 Yanvar 2015    Oxunub:2251
Mədəniyyət və Turizm Nazirliyinin "Yaddaş" sənədli filmlər studiyasında dövlət sifarişi ilə "Milli Qəhrəmanlar" silsiləsindən indiyədək iyirmi sənədli film çəkilmiş, on beş film isə hazırda istehsalın müxtəlif mərhələsindədir. Bu filmlərdən "Şuşalı şəhid" adlı filmin istehsalı başa çatmaq üzrədir.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qarabağ müharibəsində Şuşa şəhər özünümüdafiə taborunun komandiri olmuş, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun həyatından və keçdiyi şərəfli döyüş yolundan bəhs edən filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadədir.

R.Qəmbərovla bağlı xronikal kadrların da yer aldığı filmdə döyüş yoldaşları və müəllimləri qəhrəman haqqında xatirələrini bölüşür, onun igidliyindən və göstərdiyi şücaətlərdən söhbət açırlar.


Teqlər:





Xəbər lenti