“Aclıq oyunları”-ından növbəti rekord - VİDEO

“Aclıq oyunları”-ından növbəti rekord - VİDEO
  23 Yanvar 2015    Oxunub:2357
“Aclıq oyunları: Alaycı quş. Hissə I” filmi 2014-cü ildə ABŞ-da ən çox gəlir qazanan film olub.
AzVision.az-ın “Varity”yə istinadən verdiyi məlumata görə, “Aclıq Oyunları” bu göstəriciyə görə “Qalaqtikanın keşikçisi” filmini keçib.

Məşhur aktrisa Cenefer Loursenin baş rolda oynadığı film ABŞ kinoteatrlarında 333,2 milyon dollar gəlir götürüb.
Məlumata əsasən “Lionsgate” şirkətinin “Aclıq Oyunları” saqası artıq iki ildir ki, reytinqə başçılıq edir. Qeyd edək ki, ABŞ-da son on ildən çox bir müddətdə belə bir uğur qazanan kinostudiya olub.

“Aclıq oyunları: Alaycı quş. Hissə I” dünyada 700 milyondan çox gəlir qazanıb. Bu hələ son göstərici deyil. Belə ki film fevralın 8-i Çin kinoteatrlarında ekrana çıxacaq. Ümumilikdə isə franşizanın üç hissəsi kinostudiyaya 2,2 milyard dollardan çox gəlir gətirib.



Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti