Sabirabadlılara xoş xəbər - SƏRƏNCAM

Sabirabadlılara xoş xəbər - SƏRƏNCAM
  16 Dekabr 2014    Oxunub:2078
Azərbaycan prezidenti İlham Əliyev Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncamda aşağıdakı göstərişlər verilib:

“1. Sabirabad rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.

***

Eyni zamanda, prezident İlham Əliyev Sabirabad barədə daha bir sərəncam imzalayıb:

“1. İyirmi min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.


Teqlər:





Xəbər lenti