Vergilər Nazirliyi Tarkan üçün 100 min istəyir

Vergilər Nazirliyi Tarkan üçün 100 min istəyir
  03 Dekabr 2014    Oxunub:2637
Türkiyənin məşhur müğənniləri Tarkan və Hande Yenerin Yeni il gecəsi Azərbaycanda səhnəyə çıxacaqları haqda mətbuatda məlumatlar yayılıb.

Məlumatlarda qeyd olunur ki, Tarkana bir gecə səhnəyə çıxmağın müqabilində 1 milyon dollar ödəniləcək. Hande Yenerə isə 67 min dollar qonorar veriləcək.

Vergilər Nazirliyi tanınmış müğənnilərin yüksək qiymətlərlə Bakıya gətirilməsinə münasibət bildirib. Nazirliyin Təşkilat-analitik şöbəsindən AzVision.az-a verilən məlumata görə, istər Tarkan, istərsə də Hande Yeneri Bakıya gətirən təşkilatçılar dövlətə vergi verməlidirlər.

`Xaricdən Azərbaycana dəvət edilən istər müğənnilər, istərsə də hər hansı bir sənət adamları, fəaliyyətlərindən aslı olmayaraq, bütün şəxslər vergi dividentləri sayılırlar. Xarici müğənniləri ölkəmizə dəvət edən prodakşın şirkəti həmin şəxsin bütün vergi öhdəlikləri üzrə məsuliyyət daşıyır. Yəni prodakşın şirkəti həmin müğənniyə müqavilə üzrə ödədiyi vəsaitin 10 faizi həcmində büdcəyə vergi ödəməlidir. Bu vergini yalnız həmin prodakşın şirkəti ödəməlidir. Əgər şirkət prodakşın vergini ödəməyibsə buna görə məsuliyyət daşır.`

Şöbədən həmçinin həmin müğənnilərin qaldıqları otellərin də ödəyəcəkləri vergi məbləği ilə bağlı açıqlama verilib:

“Həmin müğənilərin qaldıqları otel və restoranlar isə öz xəttləri ilə vergi ödəyirlər. Orada adi vətəndaş da, xarici müğənni də qala bilər. Onların öz vergi öhdəlikləri var. Müğənniyə görə onlar xüsusi olaraq vergi ödəmirlər. Müğənni ilə bağlı olan bütün vergini prodakşın şirkəti ödəməlidir. Əgər müğənniyə 1 milyon dollar ödəniləcəksə, 10 faizi verginin olmalıdır. Həmin prodakşınlar bu məbləği büdcəyə ödəməyə borcludurlar. Vergi orqanları bunu nəzarətdə saxlayır”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti