Varlı ermənilər ölkəni tərk edir

Varlı ermənilər ölkəni tərk edir
  16 Fevral 2013    Oxunub:2144
"Ermənistanda demoqrafik vəziyyət get-gedə pisləşməkdədir, iqtisadiyyat yox səviyyəsindədir. Lakin Ermənistan başqa dövlətlərin forpostu olaraq qalır və ondan Azərbaycana qarşı istifadə olunur".
Bu fikri poitoloq Elman Nəsirli deyib.
O bildirib ki, Ermənistan özünün bu rolu ilə barışıb: "İşğalçı dövlətin iqtisadi və demoqrafik vəziyyətinin pisləşməsi bu ölkənin hakimiyyətini narahat etmir. Bu ölkədə yalnız yoxsul insanlar qalıb yaşayırlar, imkanlılar isə oranı tərk edirlər. Təbii ki, münaqişənin həlli prosesinə xarici təsirlər də mane olur. Xüsusilə erməni lobbisinin rolu qeyd edilməlidir. Erməni lobbisi Dağlıq Qarabağ münaqişəsi ətrafında hazırkı gərgin vəziyyətin qorunub saxlanmasında maraqlıdır. Bu istiqamətdə də fəaliyyətlərini davam etdirir".
(salamnews)


Teqlər:





Xəbər lenti