Zabit Səmədov məşhur yaponla döyüşəcək

Zabit Səmədov məşhur yaponla döyüşəcək
  22 Noyabr 2014    Oxunub:1776
Məşhur azərbaycanlı K-1 ustası Zabit Səmədov növbəti ay Yaponiyanın ən məşhur kikbosçusu Makato Uehara ilə super döyüşə çıxacaq.
AzVision.az report.az-a istinadən xəbər verir ki, bu il dekabrın 29-da Tokio şəhərində baş tutacaq döyüş artıq indidən K-1 yarışlarını izləyənlərin diqqət mərkəzinə düşüb. Qeyd edək ki, M.Uehara qara kəmər ustası, ağır çəkidə dəfələrlə K-1 yarışlarının iştirakçısıdır. O, Yaponiyanın yerli yarışlarından bir çoxunda qalib gəlib. Xüsusilə M.Uehara karyerası ərzində K-1 yarışlarında Las Veqas çempionu Stefan Leko və Cənubi Koreyanın taekvondo millisinin üzvü Yanq Su Park üzərində qələbə çalıb.

“Mauqli” ləqəbli məşhur azərbaycanlı Zabit Səmədov isə sonuncu döyüşünü oktyabrın 16-da Dubay şəhərində “Global Fighting Championship” (GFC) adlı turnirdə keçirib. O, iranlı döyüşçü Cəfər Əhmədiyə qarşı çətin keçən döyüşdə xal hesabı ilə qalib gəlib.


Teqlər:  





Xəbər lenti