Gülər Əhmədovanın qardaşı:“Başqa cür ola da bilməzdi”

Gülər Əhmədovanın qardaşı:“Başqa cür ola da bilməzdi”
  16 Fevral 2013    Oxunub:1327
Tanınmış teleaparıcı İlqar Mikayıloğlu bacısı, sabiq deputat Gülər Əhmədovanın həbsi ilə bağlı ANSPRESS-in suallarını cavablandırıb.
Həbs xəbərini və məsələyə münasibət bildirən teleaparıcı, “Təbii ki, ağır qarşıladım. Başqa cür ola da bilməzdi. Söhbət bacıdan gedir. Amma mən ailəmlə bağlı, ümumiyyətlə şəxsi məzmunlu suallara adətən cavab vermirəm. Bunu xahiş edirəm düzgün anlayasınız. Bu mənim ailəmin daxili işidir. Məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bu da onların işidir. Mənim işim isə aparıcılıqdır. Mən də öz işimi görürəm. Peşəkarlıq adətən belə vəziyyətlərdə özünü göstərir. Anasını, övladini dəfn edib ertəsi gün səhnəyə çıxan o qədər sənətkarlarımız olub ki… Məncə burada təəccüblü heç nə olmamalıdır. Mən şəxsi problemimlə tamaşaçımı yükləyə bilmərəm. Ola bilsin ki, “Günə Baxan”ın tamaşaçıları arasında dəfndən və ya cümə axşamından, lap elə xərçəng xəstəliyindən əziyyət çəkən yaxınına baş çəkərək xəstəxanadan dərd içində qayıdan kəslər də var. Müqayisəni özünüz aparın”.



Teqlər:  





Xəbər lenti