“Putin alman casusudur” - Azərbaycanlı politoloq

“Putin alman casusudur” - Azərbaycanlı politoloq
  17 Oktyabr 2014    Oxunub:2726
“Putin ya hamının onu gözləməli olduğunu düşünür, ya da sadəcə çox intizamsızdır”.

Azərbaycanlı politoloq Ərəstun Oruclu Rusiya prezidenti Vladimir Putini casusluqda ittiham edib.

AzVision.az xəbər verir ki, Putinin Almaniya kansleri Angela Merkellə görüşə gecikməsini şərh edən politoloq Putinin ömrünün yarısının casusluqla keçdiyini deyib.

O, bu barədə Facebook səhifəsində qeyd edib:

“Adam ya özünü çox böyük bildiyindən, hamının onu gözləməli olduğunu düşünür, ya da sadəcə çox intizamsızdır. İkinci halda həm də onun protokol xidmətinin nə qədər acınacaqlı vəziyyətdə olması göz önündədir. Belə ki, prezident Putin Roma Papası ilə görüşə 49 dəqiqə, Ukrayna prezidenti ilə görüşə 40 dəqiqə, İsveç kralı Karl XVI Qustavla görüşə 40 dəqiqə, İspaniya Kralı ilə görüşə 20 dəqiqə, Britaniya Kraliçası ilə görüşə 13 dəqiqə, Finlandiya prezident ilə görüşə 2 saat gecikmişdir. Sadalananlar da hələ hamısı deyil. Amma ən maraqlısı dünən Milanda baş verib. Belə ki, orada keçirilən forum çərçivəsində Vladimir Putin Almaniya kansleri Angela Merkellə görüşməli idi və Putinin gecikməsi səbəbindən Merkel görüşü ləğv edib. Adam ömrünün yarısını almanların arasında şpionluqda keçirib, amma hələ alman dəqiqliyinin nə olduğunu anlaya bilməyib. Görünür vaxtilə dəqiq alman əks-kəşfiyyatı da başıpozuq sovet şpionunun intizamsızlığından bezdiyindən, onun casus karyerası "persona non-grata" ilə bitib”, deyə o qeyd edib.

Mirvari Nəcəf
AzVision.az



Teqlər:  





Xəbər lenti