“Şaban efirlərdən yığışdırılsın”
Antalya Şəhər prokurorluğuna ərizəsini təqdim edən şəxs illərdir “Şaban” adına qarşı şüurlu bir etibarsızlığın formalaşdığını, o adı daşıyanlarla alçaq insai rəftarı olunduğunu və gözdən düşdüyünü iddia edir.
Şəxsin sözlərinə görə, ölkədə formalaşan “Şaban” tipinə görə artıq insanlar uşaqlarına Şaban adını qoymaqdan çəkinir, və həmin adı qoyanlar da gedib öz uşaqlarının adlarını dəyişirlər.
Həmin şəxs ərizəsində vurğulayıb ki, əgər efirlərdən Şabanı “İnək Şaban” kimi təqdim edən filmlər yığışdırılmasa, Şaban ismi tamamilə məhv olub gedəcək.
Ərizəsində iddialı çıxış edən türk vətəndaşı, bu məsələnən bağlı vəkillərin ona dəstək olacağını bildirib.
Qeyd edək ki, türklər əsrlər boyu dünyaya gələn övladlarına müqəddəs Ramazan bayramına görə, Şaban, Rəcəb və Ramazan adını veriblər.
AzVision.az
Teqlər: