Rəfsancani yenidən İran prezidenti ola bilər
Keçmiş prezident seçiləcəyi təqdirdə çoxpartiyalı kabinet quracağını bildirib.
Hazırda Məsləhət Şurasının sədri olan Rəfsəncani həmçinin İranın daxili və xarici siyasətində yeni islahatların aparılması üzrə tədbirlər görəcəyini deyib.
Rəfsəncani 1989-cu ildən 1997-ci ilə qədər İranın prezidenti olub. 2005-ci ildə o, üçüncü müddətə namizədliyini verib, lakin seçkilər zamanı öz rəqibi Mahmud Əhmədinejada uduzub.
Qeyd edək ki, İranda sayca 11-ci olan prezident seçkiləri cari ilin iyun ayının 14-də keçəcək.
Prezidentliyə namizədlər mayın 7-dən 11-dək qeydiyyatdan keçəcəklər.
Səbinə Həsənova
AzVision.az
Teqlər: