Xocalıda insan sümükləri aşkar edilib

 Xocalıda insan sümükləri aşkar edilib
  09 May 2024    Oxunub:767
İnsana məxsus sümük fraqmentləri Xocalı rayonunun Malıbəyli kəndi ərazisində aşkar edilib.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 8-də kənddə həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, aprel ayında da Malıbəyli kəndi ərazisində həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində səkkiz nəfərə aid sümük fraqmentləri tapılmışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti