Qlobal istiləşmə güclənib - Fəlakətlərə hazır olmalıyıq

 Qlobal istiləşmə güclənib -  Fəlakətlərə hazır olmalıyıq
  09 May 2024    Oxunub:1215
Qlobal istiləşmə 1,5 dərəcə Selsi səviyyəsini keçəcək. Dünyanın yüzlərlə aparıcı iqlimşünası qlobal temperaturun ən azı 2,5 dərəcə yuxarı qalxacağını və bəşəri fəlakətllərə səbəb olacağını bəyan edirlər.
AzVision.az "The Guardian"a istinadən xəbər verir ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneldən olan respondentlərin təxminən 80%-i qlobal istiləşməni ən azı 2,5 dərəcə, təxminən yarısı isə azı 3 dərəcə artacağını gözləyir.

Qeyd olunur ki, yaxın onillklərdə iqlimlə bağlı xaos yaşanacağını proqnozlaşdırılır. Bir çox elm adamları yaxın gələcəkdə meşə yanğınlarının, sel, daşqın və fırtınaların şahidi olacağıq. Alimlər qlobal temperaturun artmasına baxmayaraq iqlimlə mübarizənin davam etməli olduğunu söyləyib.

İqlim böhranı artıq bütün dünyada yaşam üçün vacib olan hər şeyi məhv edir, qlobal istiləşmə göstəricisi son dörd il ərzində orta hesabla 1,2°C olub.

Mütəxəssislərin fikrincə, insanları qarşıdakı olduqca təhlükəli fəlakətlərdən qorumaq üçün genişmiqyaslı hazırlıqlar çox vacibdir.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti