Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib

 Qırğızıstan-Tacikistan sərhədində  atışma baş verib
  07 May 2024    Oxunub:693
Qırğızıstan və Tacikistan sərhədində atışma hadisəsi meydana gəlib.
AzVision.az xəbər verir ki, hadisə ilə bağlı Qırğızıstanın sərhəd xidməti məlumat yayıb.

Bildirilir ki, sərhədçilər yerli vaxtla təqribən 12.20-də Qırğızıstanın Batken vilayətinin Ak-Bosoqo kəndi yaxınlığında - sərhəddən 250-300 metr aralıda mal-qara otaran tacikistanlı çobanları görüblər. Xəbərdarlığa baxmayaraq, çobanlar məhəl qoymayıblar, üstəlik, onlardan biri sərhədçilərə doğru atəş açıb.

"Yalnız sərhədçilərin havaya xəbərdarlıq atəşi açmasının ardınca çobanlar Tacikistan ərazisinə qayıdıblar", - məlumatda vurğulanır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qırğızıstan   Tacikistan   sərhəd   atışma  





Xəbər lenti