BDU Türkiyədə beynəlxalq festivalda təmsil olunur

BDU Türkiyədə beynəlxalq festivalda təmsil olunur
  25 Mart 2024    Oxunub:812
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin əməkdaşları və tələbələri Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq kitabxana və texnologiya festivalında iştirak edirlər.
Universitetdən AzVision.az -a verilən məlumata görə, martın 23-27-də Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən festival “Rəqəmsal gələcəyin açarı: Süni zəka təməlli ağıllı kitabxanalar” mövzusuna həsr olunub.

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı, fakültənin dosenti Rəşad Qardaşov festivalın açılış mərasimində çıxış edərək ölkəmizin kitabxana-informasiya infrastrukturu haqqında məlumat veriblər. Beş gün davam edəcək festival müddətində İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələri Nəbibə Məmmədzadə, Səbinə Həşimli, Rəhman Məmmədli və Sənan Qarayev “İnformasiya təhlükəsizliyi”, “Smart kitabxanalar”, “Rəqəmsal arxiv” , “Kitabxanada bulud texnologiyası” mövzularında layihələrini təqdim edəcəklər.

Festivalda süni intellektə, proqram təminatı və kodlaşdırmaya, robototexnikaya, smart kitablara, gündəlik tətbiqlərə və 3D printerlərə dair seminarlar, karyera və təcrübə simulyasiyaları, holoqram nümayişləri, panel və konfranslar, peşəkar seminarlar təşkil olunacaq, konsertlər, bədii tamaşalar kimi mədəni tədbirlər keçiriləcək.

AzVision.az

Qalereya




Teqlər: BDU   Türkiyə   festival  





Xəbər lenti