"Türkiyədəyəm, yaxın günlərdə qayıdacağam" - Cavanşir Quliyev

   "Türkiyədəyəm, yaxın günlərdə qayıdacağam" -    Cavanşir Quliyev
  27 Fevral 2024    Oxunub:959
"Yavaş-yavaş düzəlirəm. Yaxın zamanlarda Bakıya dönəcəyəm".
AzVision.az xəbər verir ki, bunu saytımıza açıqlamasında Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev deyib.

O bildirib ki, bir həftə və ya on gün sonra Bakıya qayıdacaq.

"Bir az qüvvə toplamalıyam. Orqanizmim zəifdir, geri dönməyim üçün hələlik icazə verilmədi".

Xatırladaq ki, fevralın 5-i Türkiyədə səfərdə olarkən bəstəkarın halı pisləşib və beyninə qan sızdığı bildirilib. Musiqiçi qardaş ölkədə təcili əməliyyat olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti